Sumqayıtda hərbi sursat və silahlar aşkarlanıb
09:40 29.10.2017
Arxiv
303
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) oktyabrın 28-də Sumqayıt şəhərində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə operativ məlumat yayıb.
ANAMA-dan APA-a verilən məlumata görə, oktyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində silah-sursatın olması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalın kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 367 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 350 ədəd 7.62 mm-lik patron və 15 ədəd 12 mm-lik patron), 1 ədəd AKM avtomatı, 2 ədəd Vinçestr Stinger markalı tüfəng, 1 ədəd TT markalı tapança və 1 ədəd kustar üsulla hazırlanmış silah aşkar edilib. Silahlar Sumqayıt şəhər polis şöbəsinə təhvil verilib, partlamamış hərbi sursatlar isə Agentliyin mütəxəsisləri tərfindən götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş silah-sursatın ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya