Sumqayıtda seks-cihadla bağlı təbliğat aparılır
12:40 18.04.2014
Arxiv
669
Suriyada 250 mücahidlə yaxınlıq edən qadın, artıq cihad etmiş sayılır və cənnətə düşür. Belə absurd fitvanı Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən qiyamçı qruplaşmaların əmirləri sosial şəbəkələrdə yayıblar.
"Cihad əl-nikah” (seks-cihad) adlanan bu fitvaya bağlı isə Sumqayıtdakı həvariclər sosial şəbəkələrdə təbliğat aparırlar. "Həvariclər dini pərdə altında qadınları müharibəyə çəkməyə cəhd edirlər. Məqsəd isə mücahid kişilərin ehtiyaclarını ödəməkdir. Lent.az-ın məlumatına görə, bu barədə "Vesti.az”a Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
"Diqqət çəkəni odur ki, həvariclər sektasına girən qadınlar təhsilli deyillər, hətta çoxu 10-cu sinfi başa vurmayanlardır. Belələrini aldatmaq və cihad etməyə yollanacaqları halda düz yol seçəcəklərinə inandırmaq asandır. Üstəlik, biz bir neçəsi ilə söhbət etmişik. Onlar fitvaya gedəcəkləri halda, Allah yolunda qüvvələrini sərf edəcəklərinə həqiqətən inanırlar” deyə idarədən bildirilib.
İndiyədək həvariclər sektasının 210 üzvünün uçota alındığı məlumdur. Bununla yanaşı, əməliyyatçılar Sumqayıtın II mikrorayonunda yaşayan qadının öz uşaqlarını da götürüb Suriyaya cihada getdiyi barədə məlumat alıblar. Bəzi xəbərlərə görə, qadın ərini atıb. Bu barədə polislərə onun əri deyib. Tam mümkündür ki, o, Suriyaya gedənlər tərəfindən "verbovka” olunması səbəbindən belə qərar verib. Polis qadının valideynləri ilə əlaqə saxlayıblar. Valideynlər qızlarının evdə olduğunu desələr də, onun özü ilə danışmaq isə mümkün olmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi