Suriyada erməni taboru yaradılıb - Türkiyə və Azərbaycan hədəfdə





Qondarma erməni "soyqırımı”nın qeyd olunduğu 24 aprel tarixində Suriyada terrorçu YPG-yə bağlı erməni taboru yaradılıb. 

"Sherg.az" xəbər verir ki, xarici kəşfiyyat orqanlarının təşəbbüsü ilə yaradılan qruplaşma üzvlərinin 1915-ci ildə guya "zülmə” məruz qalmış erməni ailələrinin varislərindən seçildiyi iddia edilib. Erməni taborunda qadın terrorçular da yer alıb. 

Qruplaşmaya erməni terrorçu Nubar Ozanyanın adı verilib. Terror təşkilatında hələlik 50 nəfər erməninin olduğu qeyd olunub. 

Təşkilatın qərargahından yayılmış fotolarda divarlara Ermənistan bayrağının, erməni terrorçuların, ASALA, "Daşnaksütyun”, "Hınçak” rəhbərlərinin və PKK başçısı Abdullah Öcalanın şəkillərinin vurulduğu məlum olub. Terrorçular Türkiyə və Azərbaycanı hədəfə alıb.

İsmayıl