Suriyada ölən güləşçinin atası: “Onun ardınca getdim, qayıtmadı”
23:25 01.04.2014
Arxiv
928
Suriyada öldürülən Sumqayıt şəhər sakini Ceyhun Bayramovun atası Süleyman Bayramov BBC Azərbaycancaya müsahibəsində deyib ki, oğlu 2012-ci ilin avqust ayında ölkəni tərk edib: "Ceyhun deyirdi ki, müsəlmanlar bir-birlərinə dayaq olmalıdılar və ora cihad məqsədi ilə getmişdi. Avqustun 19-dan evdən "bayram namazına gedirəm” deyə çıxdı və iki gün sonra zəng elədi ki, Türkiyədəyəm işləyirəm. İki ay sonra Suriya nömrəsi ilə bizimlə əlaqə saxladı və bildim ki, ordadır”.
Cənab Bayramov deyir ki, əsgər xidmətini çəkmək üçün Ceyhuna göndəriş gələn zaman onun ölkədə olmadığını bilən hüquq-mühafizə orqanları beynəlxalq axtarışa veriblər: "Ölüm xəbərini martın 22-də aldıq. Gecə bacısı bizlə skaypla əlaqə yaratdı və dedi ki, kürəkənim də, Ceyhun da şəhid olub. Mənim aldığım məlumata görə, kürdlərlə döyüşdə öldürülüblər və meyitlərini döyüş zamanı çıxarda bilməyiblər”.
Atası deyir ki, oğlunun məscidə tez-tez getməsinin qarşısını almaq istəyib: "5-6 ay qabaq narahat olmağa başlamışdım. Mən çox çalışdım, amma onu bu yoldan döndərməyi bacarmadım”.
Qeyd edək ki, İdman Akademiyasının 3-cü kurs tələbəsi olan Ceyhun Bayramov 2009-cu ildə Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu olub
Atasının bildirdiyinə görə, son vaxtlar çempionatlarda iştirak edəndə əvvəlki kimi fəallıq eləməyib: "Yəqin ki, oranın rejimi ilə qəbul edə bilmirdi. Uşaqlıqdan möhürlə namaz qılırdı, amma son vaxtlar möhürsüz namaza başladı”.
Ata Bayramov danışır ki, Ceyhunun ardınca iki ay sonra kürəkəni də Suriyaya yola düşüb: "Mən belə başa düşürəm ki, bunlar danışmışdılar. Yəqin Aydına deyib ki, siz ailəlisiz, mən subayam. Məşqə gedəndə müəllimi onun dostlarını idman zalına buraxmırdı, deyirdi birdən digər uşaqlar da təsir altına düşər”.
Ötən ilin may ayında oğlunu görmək üçün Suriyaya gedən ata deyir ki, övladını Azərbaycana qayıtmağa razı sala bilməyib: "Onunla görüşmək üçün Suriyaya getdim. Ceyhun orda şəriət qanunlarının riayət olunmasına nəzarət edirdi, silahını da gördüm. Yəni döyüşlərdə iştirak etdiyi barədə heç nə görmədim. Nə qədər yalvarsam da, mənə dedi ki, axirətimi qazanmaq üçün bura gəlmişəm, ata”...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region