Suriyanın şimalında terror aktı: 25 nəfər həlak olub, onlarla yaralı var





Suriyanın şimalında yerləşən Aazaz şəhərində törədilən partlayış nəticəsində 25 nəfər həlak olub, onlarla insan yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Sky News Arabia telekanalı yerli mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlumatına görə, şəhərdə minalanmış avtomobil partladılıb.

Xatırladaq ki, Aazaz şəhəri Türkiyə ilə sərhədin yaxınlığında yerləşir.