Məsələ ilə bağlı "Şərq”ə danışan Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli ictimai nəqliyyat sektorunda xidmət göstərən şirkətlərin daha çox sürücülərdən asılı vəziyyətdə olduğunu deyib:
Sürücülərə gərək yüksək maaş verilsin
12:14 24.07.2018
Arxiv
1205
“Sərnişinlərin kaprizi azmış kimi maddi sıxıntılar da üst-üstə gələndə sürücünün də səbr kasası dolur”Bakı kimi qarışıq infrastrukturu olan bir şəhərdə ictimai nəqliyyatı idarə etmək kifayət qədər səbr tələb edir
Məsələ ilə bağlı "Şərq”ə danışan Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli ictimai nəqliyyat sektorunda xidmət göstərən şirkətlərin daha çox sürücülərdən asılı vəziyyətdə olduğunu deyib:
Bu il 85 sürücü sərnişin şikayətlərinə görə işindən azad edilib. İl ərzində sürücülər üçün 4-5 dəfə seminarlar təşkil olunduğunu vurğulayan "Bakı Bus”un direktor müavini Azər Qasımov deyib ki, onlara nizam-intizam, sərnişinlərlə davranış qaydalarına dair iclaslar olur: "Lakin buna əməl etməyən sürücülər olur. Biz xaricdən ən son standartlara uyğun avtobuslar gətirə bilərik, lakin sürücü gətirə bilmərik”. Qurum rəsmisi onu da əlavə edib ki, 200-300 nəfər isə kobud rəftar və qaydalara əməl etmədikləri üçün tənbeh olunublar:
"Bizim avtobusların çox ağır yol-nəqliyyat hadisələrində adları hallanmır. Bunun səbəbi nəqliyyat sahəsində güclü ekspertlər vasitəsilə sürücülərə peşəkar təlimlərin keçirilməsidir”.
Məsələ ilə bağlı "Şərq”ə danışan Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, nəqliyyat problemləri üzrə ekspert İlqar Hüseynli ictimai nəqliyyat sektorunda xidmət göstərən şirkətlərin daha çox sürücülərdən asılı vəziyyətdə olduğunu deyib: "Əvvəla onu deyim ki, ictimai nəqliyyatda çalışan sürücülərin maaşı çox aşağıdır və bugünkü bazar tələbatları ilə onların əməkhaqları uzlaşmır. Bu isə sürücülərin hər zaman psixoloji gərginlikdə olması ilə nəticələnir”.
Sürücülərin plan müqabilində çalışmasının xoşagəlməz bir hal olduğunu vurğulayan ekspert hesab edir ki, ictimai nəqliyyat sektorunda fəaliyyət göstərən bütün sürücülər maaş rejimində çalışmalıdır: "Bu sahədən milyonlarla gəlir əldə edən özəl şirkətlər yaxşı olar ki, sürücülərlə hər hansı bir faiz qarşılığında müqavulə bağlamasınlar. Konkret maaş müqabilində əməkdaşlıq etsinlər və yüksək maaş təklif etsinlər. Onsuz da Bakı kimi qarışıq infrastrukturu olan bir şəhərdə ictimai nəqliyyatı idarə etmək kifayət qədər səbr tələb edir. Sərnişinlərin kaprizi azmış kimi maddi sıxıntılar da üst-üstə gələndə sürücünün də səbr kasası dolur və davranış qaydalarını pozaraq sərnişinlərə qarşı kobudluq edir. Bizim vətəndaşlar az qala ictimai nəqliyyatdan taksi kimi istifadə edir.
Avtobus dayanacaqda saxlayanda düşmür, evinə və iş yerinə yaxın məsafədə sürücüdən marşrutu dayandırmağı tələb edir. Sürücü öz gəlirindən o qədər məmnun olmalıdır ki, sərnişinlərlə xoş rəftara daha çox meyilli olsun. Problemlərin altında əzilən sürücü kaprizli sərnişinlərlə qarşılaşanda onların gözünə işini itirmək qorxusu da görünmür. Avropa ölkələrində 1 marşrut xətti üzrə çalışan sürücü 2-3 gündən bir xəttə çıxır və 4-5 min avro əməkhaqqı alır. Bir gün işləyir, 2 və ya 3 gün istirahət edir. Bu ona görədir ki, sürücü dincəlsin, istirahət etsin, xəttə çıxanda gümrah vəziyyətdə olsun.
Bizdə avtobus sürücüləri fasiləsiz işləyir. Gecə saatlarınadək xətdə olan sürücü səhərin erkən saatlarından yenə xəttə çıxır. Belə vəziyyətdə sürücünün əsəbi, gərgin olması tamamilə gözləniləndir. Axı sürücü də insandır, o da yorula bilər, dincəlmək istəyir”.
İ.Hüseynlinin sözlərinə görə, bu, problemin birinci tərəfidir. İkinci tərəfi isə "Sürücülərin davranış kodeksi” ilə tanış olmayan insanların müxtəlif şirkətlər tərəfindən sorğu-sualsız işə qəbul edilməsidir. Münaqişələrin və fiziki güc tətbiqinin bir səbəbi də budur. Sürücülər yalnız sertifikasiyadan keçdikdən sonra onlara ictimai nəqliyyatı idarə etmək hüququ verilməlidir. Bəzən ictimai nəqliyyatı uyğun kateqoriyası olmayan, hətta həvəskar sürücülər də idarə edir. Ona görə də qəzalar, insan tələfatı qaçılmaz hal alır.
İ.Hüseynli paytaxtda ictimai nəqliyyat probleminin çözülməsi üçün aidiyyəti qurumların ciddi addımlar atmalı olduğunu deyib.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol