Sürücülərin NƏZƏRİNƏ: artıq təcili-yardımın kameraları çəkir
09:08 15.03.2018
Arxiv
869
Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq. Amma bu respublikanın bütün təcili tibbi yardım maşınlarına aid edilməyəcək. Bu yenilik Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsindəki təcili yardım maşınlarına aiddir.
Lent.az-ın məlumatına görə, ARB TV-nin "Günə doğru” proqramı mövzu ilə əlaqəli süjet hazırlayıb.
Mirələm Cəlalov - Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi: "Həmin kameralar internet üzərindən canlı olaraq dispetçer məntəqəsiylə bağlantı yaradır. Bizim burada oturan dispetçer vəziyyətə nəzarət edəcək”.
Kameralar vasitəsilə hadisənin miqyası qiymətləndiriləcək. Qəza, yaralılar, ağır vəziyyətlər olarsa GPS naviqasiya vasitəsilə həmin yer müəyyən edilir və əlavə həkim briqadasını qəza yerinə göndərir. Bunun üçün artıq məşhur texnoloji şirkətlərlə danışıqlar aparılır. Hansı ki, onlar təcili tibbi yardım maşınlarında kameralar quraşdıracaqlar.
Bu təcrübədən xarici ölkələrdə geniş istifadə olunur. Təcrübəyə digər təcrübəni də əlavə etmək olar. Məsələn quraşdırılacaq kameralar həkimlərə, qəzaya nəzarət etmək üçündür. İnsanlara yerində yardımı nəzərdə tutur. Digər tərəfdən təcili yardım maşınına yol verməyən digər sürücüləri də qeydə ala bilər.
Ərşad Hüseynov - Nəqliyyat eksperti: "Müəyyən olunsa ki, yol verə bilərdi, lakin bilərəkdən yol verməyib, o zaman bu barədə tədbir görülə bilər”.
Bəli, bu da lazımdır. Çünki təcili tibbi yardıma yol verməyən sürücülər var. Və bu hal da qanunla tənzimlənir. Kamera görüntüsü bazaya yönlənsə polisə də məlum olar ki, təcili tibbi yardım maşınına hansı sürücü yol vermir və onun cəzalandırar.
Digər bir məsələ, bəzi təcili yardım maşını sürücüsü tibbi maşını başqa məqsədlər üçün istifadə edir. Bax buna da kameralar vasitəsilə nəzarət olunar. Təcili çıxışda olmayanda qəza səsləri verməz, sürət həddini aşmaz.
Təcili tibbi yardım maşınlarına kameralar quraşdırılması regionlarda ona görə olacaq ki, böyük qəzalar magistral yollarda, bölgələrə yaxın ərazilərdə baş verir. Bu yenilik 2018-ci il üçün nəzərdə tutulub. Yəni tezliklə həyata keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə