Taekvondoçumuz 1/2 finala yüksəlib

Milad, bu dəfə Böyük Britaniyadan olan Lutalo Məhəmmədini məyus edib



Növbəti taekvondoçumuz 1/2 finala yüksəlib. 80 kq-dan aşağı çəkidə mübarizə aparan kişilərdən ibarət taekvondo komandamızın üzvü əslən iranlı Milad Beliqi Harçeqani serbli Damir Feyziq üzərində 12:0  hesablı qələbə qazandıqdan sonra atletimiz 1/4 finalda Böyük Britaniyadan olan Lutalo Məhəmmədlə üz-üzə gəlib. Milad bu oyunda da qələbələ ardıcıllığını pozmayıb. Təmsilçimiz 17:5 hesabı ilə oyundan qələbə ilə ayrılıb.

Vüqar