Tahir Kərimli qorxur: “Milli Məclisə bəzi qurumlar aqreqat kimi baxırlar”




"Neft dövründən qalan problemlərin həllinə də vəsait ayırırıq. Hesab edirəm ki, bankları düşdüyü vəziyyətdən çıxarmaq lazımdır, nəinki onların lisenziyalarını əldən almaq”.

Sherg.az-ın xəbərinə görə, bunu Milli Məclisdə çıxışı zamanı Deputat ƏIi Məsimli deyib. O müzakirə zamanı bildirib ki, iki yeni bank da yaradıla bilər: "Bunlar Aqrar Sənaye Bankı və İnnovasiya və İnkişaf bankı ola bilər. Düşünürəm ki, Bank Məcəlləsinin qəbulu sürətləndirilsin”.


Deputat Tahir Kərimli isə deyib ki, bəzən qurumlar Milli Məclisə mexaniki aqreqat kimi baxırlar: "Hələ payızda büdcə müzakirəsi zamanı fikirlərimizi bildirmişdik. Amma dediklərimiz nəzərə alınmadı. 

Qorxuram ki gələcəkdə də dediklərimiz nəzərə alınmasın. Məgər büdcə təsdiq olunanda bütün xərclər görünmürdü? Büdcə qalığı hesabına kəsirin silinməsini görmək mümkün deyildi? Ona görə də çıxışlarımızda demişdik ki, xərcləri artırmaq lazımdır. 

Niyə biz 6 ay gecikdik, 6 ayı itirdik? Bəzən düşünürəm ki, deyəsən hələ də biz bazar iqtisadiyyatına keçməmişik. Yoxsa Karl Marksın dediyi fikirlərin bəlasına düşmüş olardıq. Məncə millət vəkillərinin təklifləri zamanında nəzərə alınmalıdır”.