Taleh Ziyadov: "Hazırda Ələtdə aeroporta ehtiyac yoxdur"





 "İndiki məqamda Ələt dəniz limanında aeroportun açılmasına ehtiyac yoxdur".
"APA-Economics" xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.
"Heydər Əliyev adına hava limanından da beynəlxalq istiqamətdə yüklər daşınır. Gələcəkdə yükdaşıma həcmi kəskin artarsa, aeroportun tikintisi barədə düşünə bilərik. Lakin hazırda Ələtdə hava limanının inşa olunmasına ehtiyac yoxdur", - deyə T. Ziyadov bildirib.