Tapan yaşadı: Kilosu 80 lirədir

Elazığın Baskil qəsəbəsində bahar aylarında görünən dombalan göbələyinə kiloqramı 80 lirədən satılmasına baxmayaraq, böyük maraq var. Görünüşüylə kartofu xatırladan və bahar yağışlarından sonra çıxan dombalan göbələyi qəsəbədə qruplar halında toplanır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Kadıköydə məskunlaşan Hasan Demir, xüsusilə palıd ağaclarının olduğı yerdə yetişən və nadir görünən növlər arasında yer alan dombalan göbələyinin necə yığacağını böyüklərindən öyrəndiyini söyləyir. 
Damir hər gün göbələk toplamağa çıxdığını ifadə edərək, "Dombalan yağmurlar bol olsa çox, yağmur olmasa az olur. Uşaqlığımdan bəri yığıram. Bunun ticarətini edənlər də var. Tapdıqlarımı ailəmiz üçün istifadə edirik. Çox ləzzətlidir. Kiloqramı 80-90 lirə ətrafında satılır.” deyib. Mehmet Kükey də çox sevdikləri göbələyi tapmaq üçün ailəliklə axtarışa çıxdıqlarını qeyd edir. Kuşsarayı kəndində yaşayan Abdullah Er də dombalan göbələyini tapmağın çox çətin olduğunu, göbələyin yalnız baharda özbaşına yetişdiyini bildirir. Er, "Kənd işləri tam olaraq başlamadığı üçün bizlər bu mövsümdə dombalan göbələyini tapmağa çalışırıq. Kartofa bənzəyir. Dadı çox gözəldir. Bu mövsümdə ancaq yeraltında yetişir.” deyə sözlərinə əlavə edir.