“Tarix keçmişi silmir!” layihəsi davam edir - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrand müsabiqəsi çərçivəsində həyata keçirilən "Tarix keçmişi silmir! ” layihəsinin ilk tədbiri 2017-ci il noyabrın 6-sı, saat 11:00-da Binəqədi Gənclər Evində həyata keçirilib.
"Sherg.az" xəbər verir ki, tədbirə təlimçi olaraq ehtiyyatda olan palkovnik-leytenant, I Qarabağ müharibəsinin iştirakçısı Şura Musayev dəvət olunub. Toplantı zamanı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon filialının sədri İlham Qayıbzadə, Bakı İdarəetmə və Texnologiya kollecinin müəllimi şairə Ramilə Haqqı iştirak edib.
Mərasim 2 hissədən ibarət idi. Fasilə zamanı tədbir iştirakçılarına şirniyyat ilə çay stolu təşkil edilmişdir. Tədbirdə "Tarix keçmişi silmir!” layihəsinin təşkilati dəstəyini həyata keçirən Azərbaycn QMƏVŞAİB-in əməkdaşları da iştirak etmişlər. İclas  foto-video materiallarla qeydə alınıb.
Tədbirin davamı noyabrın 8-i, 14-ü, 16-sı saat 11:00-da keçiriləcək.