“Tarixdəki hadisələrin araşdırılması tarixçilərə həvalə edilməlidir” - VİDEO
16:56 26.04.2021
Arxiv
426
“Aprelin 24-də ABŞ Prezidenti Co Bayden öz çıxışında coğrafiyamızda bir əsr öncə yaşanan faciəli hadisələrlə əlaqədar əsassız, haqsız, həqiqətlərə uyğun olmayan ifadələrə yol verib. Heç bir tarixi və hüquqi əsası olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi bizi də təəssüfləndirdi”.
“Haber Global” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra açıqlamasında bildirib.
R.T.Ərdoğanın sözlərinə görə, o, Co Baydenin radikal erməni dairələrinin təzyiqi ilə belə bir ifadə işlətdiyini düşünür:
“Bu vəziyyət ortaya çıxan mənzərənin iki ölkə arasındakı narazılığı aradan qaldırmayacaq. Türkiyə olaraq, tarixdə olan faciələrin müqayisə olunmasını humanist hal hesab etmirik, amma əgər belə bir yarış keçiriləcəksə, biz alnıaçıq, üzüağ çıxacağımıza əminik. Çünki heç bir yerdə ermənilərə aid toplu məzara rast gələ bilməzsiniz, amma türklərə aid çox sayda toplu məzarlar var. ABŞ və Avropa başda olmaqla bizə qarşı soyqırımı ittihamı yönəldənlərin hər birinin tarixində bu utancverici qətliamlar yer alıb”.
“Osmanlının Balkanlardan və Zaqafqaziyaya uzanan əhalisinin yarıya qədəri ölüm, yarısı sürgün acısı yaşayıb. Üstəlik, biz bunu demirik. Qərbli tarixçilər deyir”, - Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti həmçinin vurğulayıb ki, erməni terror şəbəkələrini dəstəkləyən qüvvələr öz tarixlərindəki rüsvayçılığı ört-basdır etmək istəyirlər:
“Biz yenə də əvvəlki fikrimizdəyik. Tarixdəki hadisələrin araşdırılması və həqiqətlərin ortaya çıxarılması tarixçilərə həvalə edilməlidir, siyasətçilərə yox. İllərdir ortaq tarixi komissiya qurulması təklifimizə bir cavab ala bilmədik. Biz özümüzə bu qədər güvənərkən qarşı tərəfin iddiaçı olmağına rəğmən hələ də məsələni siyasi arenaya daşıması əslində onların niyyətlərini açıq göstərir”. Türkiyə Prezidenti ABŞ Prezidentinin yanlış addımdan geri dönməsinə ümid etdiyini də əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail 70 fələstinlini saxladı - Səbəb
20:27 25.07.2026
Dünya
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya