TARİXİ QƏRAR: Kərkük Kürdüstana verilir
12:41 04.04.2017
Arxiv
695
İraqın şimalındakı Kərkük vilayəti Kürdüstan Muxtariyyətinin tərkibinə qatıla bilər. Lent.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu gün vilayət şurasında məsələ ilə bağlı iclas keçirilib.
Şuranın türkmən və ərəb üzvlərinin baykot etdiyi iclas kürd nümayəndələrin planlaşdırdığı kimi keçib və Kərkük şəhərinin Kürdüstan muxtariyyətinin tərkibinə verilməsi barədə qərar qəbul edilib. Bu qərar vilayət ərazisində keçiriləcək referendumun nəticəsindən asılı olaraq qüvvəyə minəcək.
Qeyd edək ki, Kərkük Vilayət Şurasının sədri kürd əsilli Rebvar Tələbanidir. O, burada baş verənlərlə bağlı İraq hökumətini məlumatlandırdıqlarını deyib.
Onu da qeyd edək ki, Kərkük Vilayət Şurasının 41 üzvü var. Onlardan 26-sı kürd, 9-u türkmən, 6-sı isə ərəbdir. Keçən həftə kürdlərin iştirakı ilə keçirilən şura məclisində Kərkükdə İraq bayrağı ilə yanaşı Kürdüstan muxtariyyətinin bayrağının eyni hündürlükdə asılması barədə qərar qəbul edilmişdi. Maraqlıdır ki, İraq hökuməti şuranın bu qərarını təsdiqləmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya