Tarixin gedişini dəyişən adam...

Heç bir addım atmadı, amma dünyanı qurtardı
Moskvanın xaricdə olan Sovet Nüvə Mərmilər Erkən İdarəetmə Mərkəzində vəzifə yerinə yetirən podpolkovnik Petrov, 26 noyabr 1983-cü il tarixində ABŞ-dan Rusiyaya doğru atılan 5 nüvə mərmisi faktını gizlətdi.
Soyuq müharibənin az qala zirvəyə daşındığı tarixdə reallaşan hadisədə, Petrov "bir qəza olmuş” düşüncəsiylə Sovet mərmilərinin də cavab atəşi ilə əlaqədar proseduranı tətbiq etmədi. Petrovun vəzifəsi, Sovetlər Birliyinə doğru atılan nüvə mərmiləri haqqda mərkəzə məlumat bildirmək idi. Ancaq Sovet komandir, nüvə müharibəsini başlatmaq üçün 5 ədəd mərminin atıla bilməyəcəyini düşündü və inkişaflarla əlaqədar hesabat vermədi. Sovet komandirin təxminləri doğru çıxmışdı. Yüksək sıxlıqdakı buludlara əks olunan günəş şüalarını səhv qəbul edən mərmi müdafiəetmə sistemi, mərkəzə səhv siqnallar göndərmişdi. Petrov, o günlərdə vəzifəsini yerinə yetirmədiyi səbəblə bir intizam istintaqına cəlb edilmədi. 1998-ci ildə, yaşanan hadisələrin ictimaiyyətə çatdırılmasından sonra, Sovet komandirə bir sıra beynəlxalq mükafatlar verildi. 2004-cü ildə San Fransiskoda fəaliyyət göstərən Association of World Citizens təşkilatı rus komandirə "Dünya Vətəndaşı” mükafatını verib.