Təcavüzə uğrayan pişik öldü

Eyni təhlükəni küçədəki digər canlıların yaşanmaması üçün kampaniyaya başladıldı
Antaliyada rus Yana tərəfindən parkda aşkarlanan və təcavüzə məruz qalan, 3 gün sonra da müxtəlif yerlərindən bıçaqlanan pişik balası öldü.
Təxminən 10 gün klinikada müalicə olunan pişik, müdaxiləyə baxmayaraq xilas edilə bilmədi. Antaliya Candost Dərnəyi, change.org adlı imza platformasında ölən pişiyin aqibətindən sonra kampaniyaya başladı. "Cinsi istismara məruz qalan pişik öldü. Pişik evləri, İt parklarına kameralar quraşdırılsın” adlı kampaniyayla heyvansevərlərdən dəstək istəndi. Kampaniyada eyni təhlükənin küçədəki bütün canlılar üçün davam etdiyi, eyni istismarın başqa heyvanların başına gəlməməsi üçün tədbirlər görülməsi tələb olunur. Vəhşiliyin olduğu parka kamera qurulmasının daşındırıcı olacağı ifadə edilən kampaniyada 1000 imza toplanması hədəflənir. Kampaniyaya indiyə qədər 642 nəfər imza atıb.