Təcili enişə gərək yoxdur
Yusif Nəzərli
09:50 23.07.2022
Arxiv
1365
Təyyarədə əgər sərnişin ölürsə, meyiti arxa oturacağa bağlayırlar
Təyyarədə ölən sərnişinə nələr edilir. İnanılmazdı!
Milyonlarla insan məhz konfortlu və sürətlidir deyə, təyyarə səfərlərinə üstünlük verir. Bəs birisi təyyarədə vəfat edərsə, onunla necə davranılır, bilirsinizmi? Maraq doğuran da budur. Yox, qorxmayın, ölünü təyyarədən aşağı atmırlar. Yerə “sağ-salamat” gətirib çıxarırlar. Amma bunun üçün uzun bir prosedur gərəkir.
“Milliyet.com” bortunda ölü daşıyan təyyarələr barədə məqalə dərc edib. Bu haqda isə 2 il stüardessa vəzifəsində çalışmış, hazırda isə “Tik-Tok” istifadəçisi və minlərlə təqibçisi olan 25 yaşlı Shena Marie video paylaşıb. Paylaşılan video qısa zamanda 2.8 milyon insan tərəfindən izlənib.
Öncə bildirək ki, “New England” tibb jurnalı dünya üzrə orta hesabla hər 600 təyyarə reysindən birində sərnişinlərə tibbi müdaxilə gərəkdiyini yazır. Bunlar ürək bulanması, qusma, nəfəs darlığı, həzm rahatsızlığı, ürək problemləri ilə bağlı olur. Sərnişinlərin səhhətində yaranan problemlərin yalnız 0,3 faizi ölümlə sonuclanır. Ölüm faktları çox deyil. Amma maraqlı olan təyyarə reysi zamanı – havada vəfat edən birisiylə necə davranıldığıdır.
Təyyarə salonundakı sərnişinlərdən birinin səhhətində problem yarandıqda ilk müdaxiləni təyyarənin ekipaj üzvləri edir. Huşunu itirmiş sərnişinə ən azı 30 dəqiqə qəlb masajı edilir. Bu arada sərnişinlər arasında həkim olub-olmadığı da öyrənilir. Həkim varsa, yardıma cəlb edilir.
Sheena Marie yaydığı videoda bildirir ki, əməkdaşı olduğu hava şirkəti əgər bir sərnişin təyyarədə vəfat edərsə, onu təyyarə eniş edənədək salonda saxlayır. Vəfat etmiş sərnişin əyləşdiyi kreslodaca qalır. Məsafə uzaqdırsa, enişə uzun müddət qalıbsa, ölmüş sərnişini təyyarə salonunun ən arxadakı oturacağına yerləşdirir və “yıxılmasın” deyə oturacağa bağlayır, üzərini örtürlər.
Mümkün olduqca, onun yaxınlarına məlumat verilir. Bu mümkün olmadıqda vəfat etmiş, bütün sərnişinlər təyyarədən endikdən sonra, təyyarədən ən sonuncu olaraq “enir” və hava limanı personalına təslim edilir, sonrakı prosedurlar artıq hava limanının öhdəsinə düşür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrandakı hədəflərə 12 mindən çox döyüş uçuşu həyata keçirib
22:15 01.04.2026
Dünya
Dələduzluq edən 7 nəfər saxlanıldı
21:33 01.04.2026
Hadisə
Stubb və Tramp NATO ilə bağlı məsələləri müzakirə ediblər
21:05 01.04.2026
Dünya
İran İsraildəki ABŞ təyyarələrinə zərbələr endirib
20:50 01.04.2026
Dünya
Tramp İranla bağlı xalqa müraciət edəcək
20:34 01.04.2026
Dünya
İranın Ali lideri: Müqavimətə dəstək davam edəcək
20:17 01.04.2026
Gündəm
Tramp: NATO-dan iyrənirəm
20:00 01.04.2026
Dünya
SEPAH: Hörmüz boğazı açılmayacaq
19:37 01.04.2026
Region
Putin yeni qlobal ticarət marşrutunun siqnalını verir - ŞƏRH
18:44 01.04.2026
Gündəm
Portuqaliya Azərbaycanda səfirlik açacaq
18:40 01.04.2026
Siyasət
Əraqçi: İran atəşkəsi qəbul etmir
18:29 01.04.2026
Region
İranda 3 SEPAH zabiti öldürüldü
18:21 01.04.2026
Dünya
Qırğızıstanın Baş naziri Azərbaycana səfərə gəlib
18:14 01.04.2026
Siyasət
Mariya Zaxarova Ermənistanla bağlı xəbəri təkzib etdi
17:48 01.04.2026
Gündəm
NATO ABŞ olmadan fəaliyyət göstərə bilməz - RƏY
17:46 01.04.2026
Siyasət