"Təcili yardım maşını ilə sərnişin daşınmasına sərt reaksiya:"Nəzarətsizlik" - Video
14:39 11.05.2018
Arxiv
1436
"Təcili Tibbi Yardım maşınlarının hansı məqsədlə istifadə olunmasına nəzarət edilməlidir”.
Bunu "Sherg.az”a İmişlidə təcili tibbi yardım maşınının sərnişin marşrutu kimi istifadə olunmasına münasibət bildirərkən Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov deyib.
O vurğulayıb ki, Bakı şəhərində fəaliyyət göstərən təcili tibbi yardım maşınları ciddi nəzarətdədir:
"Çox maşınlara GPS quraşdırılıb, sürücü maşını hara sürsə, nəzarət edən şəxslərin məlumatı olur. Rayon yerlərində təcili yardım maşınları müdiriyyətin nəzarətindən çıxır. Görünür, baş həkimin, müdiriyyətin nəzarətsizliyi ucbatından təcili yardım sürücüləri maşınları istədikləri yerə sürür.
Təcili Təxirəsalınmaz Tibbi Yardım maşınları heç vaxt meyit daşımaz. Bəzən hadisə yerindən çağırış edilir ki, ölüm hadisəsi baş verib, meyiti məscidə, yumağa aparmaq lazımdır. Təcili yardım maşınları bu məqsədlə istifadə olunmamalıdır”.
İnsanların, sıravi vətəndaşların təcili tibbi yardım maşınlarından istifadə məsələsində laqeydlik etdiyini diqqətə çatdıran Ş.Məmmədov maarifləndirmə aparılmasını üstün tutur:
"İnsanları xidməti maşınlardan təyinatı üzrə istifadə etməyə öyrətmək lazımdır. İctimai qınaq olmalıdır. Bu gün İmişlidə qanunsuzluq baş verib, sabah başqa rayonlarda da təcili yardım maşınlarını öz məqsədləri üçün istifadə edənlər olacaq. Mütləq bu problemi həll etmək lazımdır”.
Qeyd edək ki, İmişli rayonunda çəkilən videogörüntülər sosial şəbəkələrdə yayılıb. Videodan aydın olur ki, sakinlər təcili tibbi yardım maşınını sərnişin avtobusu kimi istifadə edirlər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya
İmmuniteti gücləndirməyin ən asan yolu...
04:40 05.11.2026
Sağlamlıq