Diaqnostik qiymətləndirmədə iştirak edib, kifayət qədər bal toplayan müəllimlərin orta aylıq əmək haqları 350 manatdan 500 manata qədər artırılıb. Lakin digər sahələrlə müqayisə etdikdə bu məbləğ də aşağıdır. Nəzərə almalıyıq ki, müəllimlər digər peşələrdə çalışmır, onların gəlirləri yalnız bu sahədəndir. Deməli, müəllimlərin aldıqları maaş normal dolanışıq üçün yetərli deyil. Ona görə, öncə düşünürəm ki, müəllimlərin əmək haqları artırılmalıdır.
TƏKLİF: "Müəllimlər kommunal, nəqliyyat xərclərindən azad edilsin və onlara tibbi sığorta... !
13:05 30.11.2018
Arxiv
851
Azərbaycanda müəllimlərin maaşı iki dəfə artırılıb. Bu sözləri Təhsil naziri Ceyhun Bayramov ötənlərdə keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib. Nazir bildirib ki, son 5 ildə 18 136 müəllim işə qəbul olunub. 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb. Onların həftəlik dərs yükü 1,5 dəfə, maaşı isə 2 dəfə artırılıb.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Sherg.az”a bildirib ki, son illər cənab prezidentin təşəbbüsü ilə Azərbaycanda müəllimlərin vəziyyəti xeyli yaxşılaşıb:
"Hazırda 4 min 5 yüzdən çox orta təhsil müəssisəsində 250 minə yaxın müəllim çalışır. Bilirsiz ki, müəllimlərin əmək haqqı digər peşələrdən işləyən işçilərin aldığı maaşdan azdır. Onların aldığı nəvacib aylıq ehtiyac meyarından aşağıdır. Buna görə də, 2016-cı ilin yanvar ayının birində Prezident sərəncamına əsasən orta məktəblərdə işləyən müəllimlərin dərs yükü 1.5 dəfə, əmək haqları isə 2 dəfə artırılıb. Lakin bu tendensiyada dövlət tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak edən tədris işçilərinə aid olunub.
Diaqnostik qiymətləndirmədə iştirak edib, kifayət qədər bal toplayan müəllimlərin orta aylıq əmək haqları 350 manatdan 500 manata qədər artırılıb. Lakin digər sahələrlə müqayisə etdikdə bu məbləğ də aşağıdır. Nəzərə almalıyıq ki, müəllimlər digər peşələrdə çalışmır, onların gəlirləri yalnız bu sahədəndir. Deməli, müəllimlərin aldıqları maaş normal dolanışıq üçün yetərli deyil. Ona görə, öncə düşünürəm ki, müəllimlərin əmək haqları artırılmalıdır. Əgər bu tendensiyanı kütləvi şəkildə apara bilmiriksə, onların kommunal və digər xərclərdən azad etməliyik. Orta təhsil müəssisələrində çalışan müəllimlərin kommunal, nəqliyyat, xərcləri dövlət büdcəsi hesabına ödənməlidir. Onlara tibbi sığorta verilməlidir ki, qarşıya çıxan problemlər aradan qalxsın. Hesab edirəm ki, təhsil işçilərinin maddi rifahının yaxşılaşdırılması fonunda bu kimi addımlar atılsa, onun verəcəyi töhfələr də çox olacaq.
Müəllimlərin əmək haqlarının artırılması mümkün deyilsə, təhsil işçilərinin kommunal və digər xərclərdən azad edilməsinə böyük ehtiyac var. Belə olarsa,müəllimlərin aldıqları əmək haqqı özlərinə qalar. Nəticə etibari ilə bu kimi addımlar təhsilin inkişafına ciddi təkan verər”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya