Telefonla danışa bilmirlər

Ona görə bu kənddə gənclər minarədən düşmür
Bingölün Karlıova rayonunun Sarıkışak kəndindəki vətəndaşlar mobil telefonla danışmaq üçün evlərinin damına və ya minarəyə çıxmaq məcburiyyətində qalır.
Belə ki, baza stansiyası olmaması səbəbindən 94 ailənin yaşadığı bu kənddə insanlar mobil telefondan istifadə zamanı xeyli çətinlik yaşayırlar. Kəndlilər bu səbəblə evlərinin damına və ya kənddəki məscidin minarəsinə çıxmaq məcburiyyətində qaldıqlarından şikayətlənib.
Kənd sakini Bişar Poyaz təcili vəziyyətlərdə belə telefonla danışa bilmədiklərini vurğulayıb: "Kənddən kənarda yaşayan uşaqlarım və qohumlarım ilə danışmaq üçün ya minarəyə, ya da evlərin damlarına çıxırıq. Xəstəmiz olanda belə təcili yardımı çağıra bilmirik. Mobil telefonlarından ən çox kəndin gəncləri istifadə elədiyi üçün onlar demək olar ki, minarədən düşmür. Ona görə də kəndə baza stansiyası qurulması üçün rəsmilərdən dəstək istəyirik”.