Təmsilçimiz adını finala yazıb




Sərbəst güləş üzrə 53 kq çəkidə ölkəmizi təmsil edən Anjela Doroqan finala vəsiqə əldə edib. Şərq"-in əməkdaşı xəbər verir ki, təmsilçimiz yarımfinal qarşılaşmasında moldovalı Natalia Buduya 5:0 xal hesabı ilə qalib gələrək, adını finala yazıb. İdmançımız finalda polşa güləşçisi R.Rasina ilə gücünü sınayacaq.
Məlumat üçün bildirək ki, pəhləvanımız mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ilk mərhələdə türkiyəli Merve Kengerle qarşılaşıb. Görüş 8:2 xal hesabı ilə idmançımızın xeyrinə başa çatıb. Güləşçimiz 1/4 finalda Macarıstan idmançısı Mersedes Denisi 5-0 hesabı ilə məğlub edib.

Ayyət