Tənzilə Rüstəmxanlıya ağır itki

Azərbaycan Türk Qadınlar Birliyi (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlıya ağır itki üz verib.
"Sherg.az" "bizim.media"ya istinadən xəbər verir ki, ATQB-nin sədri Tənzilə Rüstəmxanlının bacısı Nazilə İbrahimova dünyasını dəyişib.
Qeyd edək ki, Tənzilə Rüstəmxanlı millət vəkili Sabir Rüstəmxanlının həyat yoldaşıdır.