Təpkilər nəzərə alındı
Məlahət Rzayeva
10:52 01.05.2021
Arxiv
603
Polislərin robot it ideyası reallaşmadı
Nyu-York polisinin robot it ideyası reallaşmadı. “Digidog” adı verilmiş robot it ABŞ-ın “Boston Dynamics” şirkəti tərəfindən istehsal edilmişdi və “Spot” robotunun bir modeli idi. “Şərq” “CNNTürk”-ə istinadən xəbər verir ki, polislər üçün xüsusi olaraq istehsal edilmiş robot it əngəllərin üzərindən atlana bilir, səsləri qeydə alır, görüntüləri “yaddaşı”na köçürürdü. Nyu-York polisi “Digidog”u 94 min dollara 1 illiyinə kirayələmişdi. Lakin məsafədən idarə olunan robot it mənfi, müsbət – hər cür müzakirələrə səbəb oldu. Robot itin bəyənilməməsinin səbəbi qeyri-qanuni nəzarət, müşahidə həyata keçirə biləcəyi və azsaylı qrupların hədəf alınmasında istifadə ediləcəyi iddialarının ortaya atılmasıdır. “Polislər bir robot itin yardımına möhtac qaldımı?” təpkiləri alan Nyu-York Polis Təşkilatı nəhayət, “Digidog”dan əl çəkdi. Polis təşkilatı ilə “Boston Dynamics” arasında avqust ayınadək müqavilə imzalanmış olsa da, Nyu-York polisi robot iti geri göndərməli olacaq. Nyu-York Terrorla Mücadilə şöbəsi şefi Con Miller robot itin “polisə qarşı ucuz əks-təbliğat qurbanı” olduğunu deyib.
Nyu-York bələdiyyə başqanı Bill De Blasio isə qərarı müsbət qarşılayıb: “Yaxşı ki, geri verdilər. Robot it bizə yaraşmayan, yad, Nyu-Yorklulara yanlış mesajlar ötürən bir şey idi”. Demokrat Partiyasının millət vəkili Alexandra Ocasio-Cortez robotu “ayaqlı müşahidə İHA-sı” adlandırmışdı və ondan qara dərililərin hədəf alınmasında istifadə ediləcəyi ehtimalını ortaya atmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial