Tereza Meyə böyük zərbə: Böyük Britaniya parlamenti “Breksit”i rədd etdi





Böyük Britaniya parlamenti baş nazir Tereza Meyin "Brexit" üzrə razılaşmasını qəbul etmədi.

Trend-in məlumatına görə, baş nazirin Avropa İttifaqından çıxma üzrə planını 202 parlamentari dəstəkləyib, 432 parlamentari isə əleyhinə səs verib.

Bundan sonra Böyük Britaniyanın bir neçə variantı qalır: ölkə iqtisadiyyatı üçün ağır nəticələnə biləcək Aİ-dən razılaşmasız çıxış, "Brexit"in tarixinin dəyişdirilməsi, növbədənkənar ümumi seçkilərin keçirilməsi və ya yeni referendumun keçirilməsi.