Terrorçu yük maşınını insanların üstünə sürdü: ölü və yaralılar var





Almaniyada sürücü idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb.
APA-nın "Rheinische Post" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
"Focus" qəzetinin yazdığına görə, insident nəticəsində xəsarət alanların sayı 50-dən çoxdur.


Hadisə ölkənin cənubunda, Münster şəhərində baş verib.


Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanlarındakı mənbələr hadisəni terror aktı kimi qiymətləndirir.