Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verildi




Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanmış, 3 şəxs həbs edilmişdir. Trend-in hüquq-mühafizə orqanlarından əldə edilmiş məlumatına görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.

Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib.