Tərtərdə dəhşət - Psixi xəstəni özünü asmağa məcbur etdi, kənardan izlədi
10:51 01.05.2019
Arxiv
624
Tərtərdə baş verən "intihar” hadisəsinin qətl olduğu ortaya çıxıb.
Bu barədə Oxu.Az-a Tərtər rayon hüquq mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, aprelin 26-da Tərtər şəhərinin meşə zolağı boyunca uzanan Vüqar Həsənov küçəsində asılmış meyiti tapılan Məmmədli Cavid Faiq oğlu, əslində, qətlə yetirilib.
Məmmədlinin boyun nayihəsindən götürülmüş dəri nümunəsi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Bakı laboratoriyasında incələnib.
C.Məmmədlinin özünü asmadığı, qətl qurbanı olduğu müəyyən edilib.
Belə ki, qatil onu özünü asmağa məcbur edib. Özü isə prosesi kənardan soyuqqanlı şəkildə izləyib. O hətta qurbanının kəndiri boynuna keçirməsinə də kömək edib.
Xatırladaq ki, C.Məmmədli "oliqofreniya” (kəmağıllıq - red.) diaqnozu ilə psixiatrik xəstəxanada qeydiyyatda olub.
Bundan başqa, istintaq orqanları onun ötən ilin payız ayında törədilmiş və indiyə kimi üstü açılmamış cinayətlə əlaqəsinin olmasından şübhələnirdi. Belə ki, noyabrın 18-də 34 yaşlı Nərimanlı Rəşad Bayram oğlunun meyiti Tərtərin Qara Qarayev küçəsində yerləşən evində aşkarlanıb. Qatil onun əllərini və ayaqlarını bağlayaraq çoxsaylı bıçaq xəsarətləri yetirib.
İstintaq nəticəsində, həmçinin Məmmədlinin öldürülməsində şübhəli bilinən həmin şəxsin, ötən ilin noyabr ayında yuxarıda qeyd olunan ünvanda yaşayan Rəşad Nərimanlını xüsusi amansızlıqla qətlə yetirdiyi məlum olub.
Qatilin kimliyi və motivləri haqda məlumat verilmir.
İki nəfəri öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu gün Baş prokurorluğun bu məsələ ilə bağlı Daxili işlər nazirliyi ilə birgə məlumat yayacağı gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol