Teymur Məmmədov qızıl medal qazanacağına inanır





"İnanıram ki, birinci Avropa Oyunlarında qızıl medal qazanacağam və bayrağımızı qaldıracağam".
Trend-in yaydığı xəbərə görə, bunu 1/16 final mərhələsində Böyük Britaniyalı rəqibinə qalib gələrək 1/8 final mərhələsinə yüksələn boksçumuz Teymur Məmmədov jurnalistlərə deyib.
O, Böyük Britaniyalı rəqibinə qalıb gəlməyin o qədər də çətin olmadığını bildirib.
T.Məmmədov yarışlarda güclü idmançıların iştirak etdiyini bildirərək, özünə inandığını diqqətə çatdırıb.