Təyyarə dəniz səfərinə çıxdı

50 tonluq yükün təhlükəli səfərini heyrətlə izlədilər
Yedəkdə aparılan "Boeing 767” bənzərsiz bir səfərə çıxdı. Hava ilə deyil, dəniz yoluyla! 159ft (48,4632 metr) uzunluğundakı təyyarə açıq dənizlərə yelkən açdı. Nəhəng yükü bərəyə yükləyə bilmək üçün vəzifəlilər 6 saat vaxt səy sərf etdi. Təyyarə İrlandiyanın qərbində County Clareyə yol düşüb. Oradan Shannon hava limanına keçəcək. Sahildə toplanan maraqlı tamaşaçılar 50 tonluq yükün təhlükəli səfərini heyrətlə izlədilər. Təyyarənin daşınması, iş adamı David McGowana aid bir proyektin parçasıdır. Təbiət heyranlarının tətillərində komfortlu bir düşərgə həyatı üçün, tərz və lüksü, təbiət və sadəliklə birləşdirmək məqsədiylə İrlandiya Enniscrone təsislərinə aparılır. Shannon Hava limanı Əmlak Müdiri Deirdre Whitney; keçmişdə aerodromdan belə bənzərsiz bir yük daşınmadığını bildirdi.