Təyyarədə tanış oldular: 1 il sonra yenə həmin kresloda evləndilər...





Keən il il, Türk Hava Yollarına məxsus təyyarədə, buludların üzərində bir-birinə aşiq olan iki sərnişin tam bir il sonra, Belqrad-İstanbul səfərində reallaşdırılan toy mərasimiylə həyatlarını birləşdirdi.

Türk Hava Yollarına məxsus İstanbuldan Monqolustana gedən təyyarədə tanış olan iki gənc bir il sonra yenə bir THY səfəri olan Belqrad-İstanbul səfərində təyyarə içində nikah qurub, tort kəsdilər və həyatlarını birləşdirdilər. 2014-cü ildə, bir aktrisa və bir həkim, İstanbuldan Monqolustanın paytaxtı Hey Batara getmək üçün Türk Hava Yolları təyyarəsinə mindiklərində, bu səfərin həyatlarını sonsuza qədər dəyişdirəcəyindən xəbərsizlər idi. Vjera Mujovic Belqraddan, Stefan Preis isə Almaniyadan gələrək İstanbuldan Hey Batar səyahətində yanaşı düşdülər və söhbət etməyə başladılar. İki sərnişin, qısa müddət sonra paylaşdıqları ortaq dəyər və düşüncələrdən hərəkətlə yaxınlıq qurub, təyyarə Hey Batara eniş etmədən əvvəl təkrar görüşmək üçün bir-birlərindən söz aldılar. Zaman içərisində yoldaşlıqlarını fərqli bir ölçüyə daşıyan cütlük, bundan tam bir il sonra (6 may 2015), tam tanış olduqları yerdə, TK 1082 səfər saylı Belqrad-İstanbul təyyarəsinin 5B və 5C saylı kreslolarında, yaxın dostları və ailələrinin yoldaşlığında, birlikdə yeni bir həyata addım atmağa qərar verdilər.