Tibb bacısı 8 xəstəsini öldürüb

Onun ictimai media hesablarındakı keçmişi də nəzarətə alınıb



Kanadanın Ontario əyalətində, qocalar evinin tibb bacısısı 8 xəstəsini ölümcül dozada narkotik verərək öldürməkdə günahlandırılır. Hakim qarşısına çıxarılan 49 yaşlı Elizabeth Tracey Mae Wettlaufer, "8 dəfə qəsdən adam öldürmək” suçu ilə mühakimə olunacaq.

Beşi qadın, üçü kişi olan qurbanların 75 və 96 yaşları arasında olduğu, Wettlauferin çalışdığı iki qocalar evində qaldıqları açıqlanıb. 2007-2014-ci illər arasında həyatını itirən xəstələrdən yeddisinin ölümcül dozada dərmanla öldürüldüyü bildirilir. Cinayətlərlə əlaqədar şərh verən Woodstock Təhlükəsizlik müdiri William Renton, "Qurbanlara hansı narkotikin verildiyini məhkəmə səbəbiylə açıqlamayacağıq... Amma belə qocalar evlərində əlbəttə bəzi dərmanlardan istifadə olunur” deyib. Bəs cinayətlər necə ortaya çıxıb?

Ontario təhlükəsizlik səlahiyyətliləri cinayətlərin bir xəbərin qiymətləndirilməsi nəticəsində ortaya çıxarıldığını açıqlayıb. Təhlükəsizlik, mövzu ilə əlaqədar əllərində məlumatı olanlar varsa onlara müraciət etməsini də istəyib. Qurbanlardan biri olan 75 yaşlı Arpad Horwathın qızı, yerli bir radioyaya verdiyi açıqlamada "Atam son günlərində böyük qorxu içində idi. İçimdə bir şeylərin doğru olmadığına dair bir hiss əmələ gəlmişdi” deyir. Kanada mediasında məhbus tibb bacısının ictimai media hesablarındakı keçmişi də nəzarətə alınıb. Elizabeth Tracey Mae Wettlauferin içki düşkünü olduğunu müxtəlif paylaşmalarında dilə gətirdiyi, keçən il də spirti buraxdığını söylədiyi öyrənilib. Qeydlərə görə, 1995-ci ilin avqust ayında tibb bacısı kimi işə başlayan Wettlaufer, 30 sentyabr 2016-cı ildə çalışdığı son qocalar evindən istefa verib.(bbc)