“Dövlət sahibkarın binasını məcburi şəkildə əlindən ala və sata bilməz. Ancaq hansısa bir təklif verə bilər”
Tikintisi yarımçıq qalmış binaların taleyi həll olunmalıdır
10:27 29.03.2017
Arxiv
944
“Əgər həmin təklif sahibkara sərf etsə və razılığını versə, o zaman dövlət həmin binanı sata, ala və ya təmir edib yenidən istifadəyə verə bilər”
“Dövlət sahibkarın binasını məcburi şəkildə əlindən ala və sata bilməz. Ancaq hansısa bir təklif verə bilər”
“Dövlət sahibkarın binasını məcburi şəkildə əlindən ala və sata bilməz. Ancaq hansısa bir təklif verə bilər”
Son günlər paytaxtda tikintisi yarımçıq qalan binaların aqibəti aktuallaşıb. Bakıda istifadəyə verilən çoxmərtəbəli evlərlə yanaşı, tikintisi yarımçıq qalmış binalar da az deyil. Xüsusən də neftin qiymətinin dünya bazarında ucuzlaşması fonunda ölkədə yaşanan iqtisadi böhrandan sonra Bakıda tikilməkdə olan bir sıra binaların inşası dayanıb.
Belə yarımçıq tikililər isə paytaxtın zahiri görkəmini eybəcərləşdirir. Dünya ölkələrinin təcrübəsində bu cür yarımçıq binalar ya hərraca çıxarılır, ya da dövlət tərəfindən satın alınır. Bundan sonra isə o binaların tikintisi başqa şirkətə həvalə edilir. Çünki zaman keçdikcə, yarımçıq tikili aşınmaya məruz qalır.
Bəs Bakıda tikintisi yarımçıq saxlanılmış çoxmərtəbəli binaların tamamlanması üçün hansı addımlar atılmalıdır?
İqtisadçı-ekspert Rəşad Əliyev isə "Şərq”ə açıqlamasında deyib ki, şəhərin infrastruktur görünüşünə xələl gətirən təkcə yarımçıq binalar deyil, zövqsüz tikilmiş yeni hazır binalar da kifayət gədərdir:
"O ki qaldı yarımçıq binalara, bu məsələ həm hüquqi, həm də iqtisadi müstəvidə həll olunmalıdır. Əvvəla o binalar niyə yarımçıq qalıb? Bunun səbəbləri araşdırılmalıdır. İkinci mərhələdə isə problemin həlli istiqamətində müvafiq addımlar atılmalıdır. Çünki binaların yarımçıq qalma səbəbləri individual ola bilər. Yəni hamısı eyni səbəbə görə yarımçıq qalmayıb.
Məsələn, birində tikinti dayandırıla bilər, hansısa qurum tərəfindən, birində maliyyə çətinliyi ilə bağlı tikinti dayandırıla bilər, birində ümumiyyətlə müflisləşmə olub. Buna görə də səbəblər konkret olaraq bir qurum tərəfindən çətin ki, aradan qaldırıla. Bu istiqamətdə kompleks iş olmalıdır”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, Bakı şəhəri çoxlu turist qəbul etdiyi üçün yarımçıq binalar paytaxtın görünüşünə xələl gətirir. Buna görə də, onlarla bağlı siyahıyaalma aparılmalıdır:
"Yarımçıq binaların tamamlanması üçün müvafiq addımlar atılmalıdır. Bir vaxtlar kooperativ təşkilatlar Bakıda bəzi binalar tikib, yarımçıq saxlayıblar. Müəyyən özəl təşkilatlar da var ki, onların da inşa etdiyi xeyli sayda bina maliyyə çatışmazlığı səbəbindən yarımçıq qalıb. Belə binaların tamamlanması üçün Bakı Şəhər İcra Hakimiyyəti müəyyən qərar verməlidir. Yəni ya həmin binalar tikilib istifadəyə verilməlidir, ya da həmin binalara cavabdeh olan özəl təşkilatlar bir qərara gəlməlidir. Bunun çıxış yolu yalnız belədir. Bazar iqtisadiyyatı prinsipləri sahəsində hansı qanunlar varsa, ona uyğun da addım atılmalıdır”.(modern.az)
Vahid Əhmədovun sözlərinə görə, dövlət sahibkarın binasını məcburi şəkildə əlindən ala və sata bilməz:
"Ancaq hansısa bir təklif verə bilər. O cümlədən, Bakı Şəhər İcra Hakimiyyəti də sahibkara təklif verə bilər. Əgər həmin təklif sahibkara sərf etsə və razılığını versə, o zaman dövlət həmin binanı sata, ala və ya təmir edib yenidən istifadəyə verə bilər. Bu da hökumətlə, Bakı Şəhər İcra Hakimiyyətilə qurulmuş dialoqdan asılıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial