Tillersonu bitirən İKİ SƏBƏB: Tramp və Departamentdən paradoksal izah - "Le Figaro" yazır




"ABŞ dövlət katibi Reks Tillerson işdən çıxarılmazdan əvvəl bu ölkə prezidenti Donad Trampla heç bir danışığı olmayıb". 

"Sherg.az"ın Le figaro.fr"ə istinadən xəbərinə görə, bu barədə ABŞ dövlət departamentinin yüksək çinli funksioneri Stev Qoldsteyn bildirib. 

O qeyd edib ki, R.Tillerson azad olunmasının səbəbləri və onun Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo ilə əvəzlənməsindən xəbərsizdir: 


"R.Tillerson bu məlumatı eşidən zaman təəssüflənmədi. Xalqa xidmətin hər zaman nəcib bir fəaliyyət olduğunu dilə gətirdi və daim bu düşüncədə olacağını söylədi".  

Bundan başqa S.Qoldsteyn bəyan edib ki, Şimali Koreya ilə dialoqdan əvvəl D.Tramp diplomatik komandasını yeniləmək istəyir. R.Tillerson da işdən məhz bu səbəbdən çıxarıldı.  


Məlumat üçün bildirək ki, D.Tramp R.Tillersonun işdən çıxarılmasını İranın nüvə proqramı ilə bağlı bəzi məqamlarda razılığa gələ bilməmələri ilə izah edib. 

Tərcümə etdi: Ayyət Əhməd