Toğrul Əsgərov finala vəsiqə qazanıb

Sərbəst güləş üzrə 65 kq çəkidə mübarizə aparan olimpiya çempionumuz Toğrul Əsgərov finala vəsiqə qazanıb."Sherg.az -ın məlumatına görə, təmsilçimiz yarıminalda belarus idmançısı Azamat Nurykaunu 5-2 hesabı ilə yenib. İdmançımız finalda italiyalı F.Marezlə qarşılaşacaq.
Qeyd edək ki, T.Əsgərov ilk mərhələdə rusiyalı İlyas Bekbulatova 8-7 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. O, 1/8 final mərhələsində moldovalı Mixail Savanı 10-0 hesabı ilə təmiz qələbə qazanıb. 1/4 final mərhələsində fransız idmançı üzərində təmiz qələbə qazanaraq yarımfinala yüksəlib.