Tomas Qreminger: "Lavrovla Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardıq”




"Rusiya xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardıq”. 

Bu sözləri Moskvada səfərdə olan ATƏT-in baş katibi Tomas Qreminger ONA-nın Moskva bürosunun sualına cavabında deyib.

"Sergey Lavrov ötən həftələrdə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirilən görüş barədə məlumat verdi. O əmindir, biz hazırda düzgün yoldayıq”,- deyə ATƏT baş katibi bildirib.