Tovuzda 2 nəfərin minaya düşməsinin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB-2 - VİDEO
12:13 07.08.2018
Arxiv
591
Tovuz rayonunun Əlibəyli kəndində 2 nəfərin minaya düşməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı hər iki şəxs ərazidə heyvan otarırmış.
Minaya düşən şəxs, 24 yaşlı Elşad Mehdiyev bildirib ki, həmin ərazidə dəfələrlə heyvanlarını otarıblar: "Biz minalı sahənin daha qabaqda olduğunu bilirdik. Lakin burada mina olduğunu düşünmürdük. Bir də gördüm Elgün aşağı dərədə nəsə gördüyünü deyib getdi. Mən ona baxarkən birdən həmin cismə toxunan kimi partlayış baş verdi. Həmin vaxt huşumu itirmişəm, ayılanda yaralandığımı, Elgünün isə olmadığını gördüm. Daha sonra səsini eşitdim, kolluqda idi. Yanına getdim, sol ayağı yox idi, özü də qan içində kömək istəyirdi. Birtəhər götürüb yola çıxartdım. Köməyə gəldilər və xəstəxanaya apardılar. Mən ona həmin cismi qurdalama demişdim, amma mənə qulaq asmadı".
Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmaləddin Abbasov deyib ki, yaralılardan 14 yaşlı Elgün Hüseynovun vəziyyəti ağır olaraq qalır: "Hər iki yaralı əməliyyat edilib və lazımi tibbi yardım göstərilib. E.Hüseynovun sol ayağı amputasiya edilib, bədəninin müxtəlif yerlərində isə dərinə keçən qəlpə yaraları var. O, əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Digər yaralı E.Mehdiyevdə də müxtəlif dərəcəli bədən xəsarətləri var, ona da tibbi yardım göstərilib və palataya yerləşdirilib. Onun vəziyyəti isə orta-ağırdır".
*** 12:49
Video əlavə edilib.
*** 12:06
Tovuz. 7 avqust. REPORT.AZ/ Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, həmin ərazidə müvafiq nişanlar quraşdırılıb və əhaliyə həmin ərazilərə keçməmək barədə xəbərdarlıq edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya