Tovuzda 28 yaşlı qadın dərmandan zəhərləndi




Tovuzda qadın dərmandan zəhərlənib.

Trend-in məlumatına görə, hadisə rayonun Qovlar qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Əliyeva Səadət Cümşüd qızı evlərində dozadan artıq dərman qəbul edib.

Qadın zəhərlənmə diaqnozu ilə Tovuz rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.