"Traktor Sazi" "Paxtakor"a qalib gəldi






Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.
Cənubi Azərbaycanın "Traktor Sazi" klubu bu gün növbəti matçına çıxıb.

Təbriz təmsilçisi öz meydanında Özbəkistanın "Paxtakor" klubunu qəbul edib. Fasilədən sonra iki qol vuran "Traktor Sazi" vacib qələbə qazanıb - 2:0.

Qeyd edək ki, bu qələbədən sonra xalını 7-yə yüksəldən "Traktor Sazi" liderliyini möhkəmləndirib. "Paxtakor" isə 4 xalla 3-cü pillədəki mövqeyini qoruyub.



6 aprel

Asiya Çempionlar Liqası, IV tur

"Traktor Sazi" – "Paxtakor" - 2:0
Qollar: Dos Santos, 59 (1:0), Saed Ağayei, 90+2 (2:0)