Tramp Çinə qəzəblənib: "Şimali Koreya təhlükəsinə nəzarət üçün heç nə etmir"




ABŞ prezidenti Donald Tramp Çini Şimali Koreyanın ballistik raketlərlə bağlı təşəbbüslərinə sərt reaksiya verməməkdə qınayır.

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə D.Tramp öz "Twitter" hesabında yazıb. 
O bildirib ki, Çin Şimali Koreya təhlükəsinə nəzarət üçün heç nə etmir. Və Pekinin bu susqunluğu məni məyus edir: 

"Şimali Koreya təhlükəsi artıq Vaşinqton və Nyu Yorkun qapısını döyür. Çin Şimali Koreyanın bu cür silahlanmasına imkan verməməlidir. Buna qarşı çıxmalıdır. Şimali Koreya ötən günlərəd havaya qitələrarası ballistik raket buraxdı. Bunun qarşısını almaq lazımdır". 

Ayyət Əhməd