Tramp da silaha sarıldı...
20:10 17.04.2017
Arxiv
453
ABŞ Prezidentinin açıqlamaları böyük müharibələr vəd edir
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun silahlanmasının zəruri olduğunu bəyan edib. Tramp tvitter-də yazıb ki, ABŞ Silahlı Qüvvələri yüksək templə inkişaf edir və heç vaxt olmadığı qədər güclənir: "Səmimi danışsaq, başqa yolumuz yoxdur”.
Tramp bildirib ki, növbəti maliyyə ilində qeyri-hərbi xərclərin, xüsusən xarici ölkələrə yardımın azaldılması hesabına hərbi xərclər 54 milyard dollar artacaq. Xatırladaq ki, Tramp seçki ərəfəsində verdiyi vədlərdə hərbi xərcləri azaldacağını, digər ölkələrin daxili işinə qarışmayacağını, büdcəni Amerika iqtisadiyyatına yönəldəcəyini demişdi. Amma son günlər atılan addımlar, verilən qərarlar tamamilə bunun əksini göstərir. ABŞ demək olar ki, Şimali Koreya ilə müharibə mərhələsinə yaxınlaşır. Vaşinqton 24 ildən sonra yenidən Somaliyə qoşun yeridir. Suriya məsələsindən dolayı Rusiya ilə ciddi gərginlik yaşanır və Moskva hərbi dillə hədələnir. Məxfi məlumatlara görə, ABŞ Suriyaya desant çıxartmağa çalışır. Bütün bunlar göstərir ki, Amerikanı Ağ Evin rəhbəri deyil, "dərin dövlət” idarə edir. Ona görə də Trampın nə dediyinin və nə istədiyinin heç bir əhəmiyyəti yoxdur.
Politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında deyib ki, ABŞ-ın özünəməxsus idarəçilik sistemi var. İdarəetmə prezidentlik üsul-idarəsi olsa da, Prezidentin fəaliyyətinin önəmli hissəsini özündə birləşdirən digər strukturlar mövcuddur:
"Həmin strukturlar ölkənin daha kollegial qaydada idarə olunmasını təmin edir. Tramp seçki ərəfəsində qulağa xoş gələn vədlər verdi. Amma hakimiyyətə gəldikdən sonra reallıqlar nəyi diktə edirsə, ona uyğun davranmağa məcbur qaldı. Bu baxımdan Amerika Prezidentinin "hər şeyə hakim şəxs” kimi təqdim edilməsi düzgün deyil. Tramp seçki ərəfəsində əhalinin rəğbətini qazanmaq və seçicilərinin sayını artırmaq üçün dövlətçilik xəttinə zidd olan açıqlamar verirdi. Trampın administrasiyası xeyli dövlət məmurunun birgə səyi ilə fəaliyyət göstərir. Prezident müəyyən müddət ərzində gəmi kapitanı kimi sadəcə bu fəaliyyətə rəhbərlik edir. Kapitan istiqaməti dəyişən kimi dərhal ona müdaxilə edilir. Ağ Ev çox mürəkkəb bir orqanizmdir”. Ekspertin sözlərinə görə, ABŞ-ın dəyişkən siyasəti dünyada baş verən proseslərlə bağlıdır: "Somaliyə qoşun yeritmək oradakı qətliamlarla bağlıdır. Şimali Koreya məsələsində də Amerika düzgün mövqe tutur. Şimali Koreya müasir dünyaya bəlli olmayan metodlarla, manyak bir adam tərəfindən idarə olunur. Rusiya ilə yaşanan problemlərin səbəbi isə Suriyada, Yaxın Şərqdə güc sahibi olmaqdır. Yəni demək olar ki, ABŞ həmin ölkələrlə öz dilləri ilə danışır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm