Tramp “Green Card”ı çoxdan ləğv etmək istəyirdi
10:15 03.11.2017
Arxiv
762
Nyu-Yorkda baş verən terror aktı bunun üçün yaxşı bəhanə oldu
ABŞ Prezidenti Donald Tramp miqrasiya vizası üçün alınan "Green Card” lotoreyasını ləğv etmək istəyir. "Green Card” lotoreyasını tənqid edən Tramp bildirib ki, rəsmi Vaşinqton real xidmətlər əsasında immiqrasiyanın tərəfdarıdır. Lakin ölkənin təhlükəsizliyi üçün bu qərar mütləq qəbul edilməlidir: "Mən bunu çoxdan etmək istəyirdim. Bu lotoreyadan ən qısa müddətdə qurtulmaq lazımdır”.
Məlumat üçün deyək ki, Nyu-Yorkda terror aktı törədən Özbəkistan vətəndaşı Seyfullo Saipov 2010-cu ildə "Green Card” lotoreyasını qazanaraq ABŞ-a köçüb. Bunu nəzərə alan ABŞ hakimiyyəti lotoreyanı ləğv etmək, hətta Özbəkistan vətəndaşlarının ölkəyə girişinə qadağa qoymaq istəyir.
Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Azər Rəşidoğlu deyib ki, ABŞ Prezidenti Donald Tramp "Green Card”ı çoxdan ləğv etmək istəyirdi. Nyu-Yorkda baş verən terror aktı bunun üçün yaxşı bəhanə oldu:
"Ağ Ev siyasətinin mərkəzində ölkəyə miqrant axınının qarşısını almaq dayanır. Tramp özü dəfələrlə bəyan edib ki, Yaxın Şərq və digər müsəlman ölkələrindən Amerikaya gəlmək istəyən insanlara məhdudiyyət qoymağı planlayır. Əlbəttə, hər bir dövlət öz ərazisində baş verən terror və ona bənzər cinayət hadisələrinin qarşısını almaq üçün müəyyən addımlar atmalıdır. Lakin islam ölkələrindən gələn bütün müsəlmanları "terrorçu” kimi görmək qəbuledilməzdir.
Demokratiyanın əsas prinsiplərindən biri fərdi məsuliyyət məsələsidir. Bir və yaxud bir neçə hadisəni əsas götürərək bütövlükdə Şərq bölgəsindən gələn insanlara "terrorçu” damğası vurmaq doğru deyil. ABŞ-da terror aksiyası baş verəndən sonra yaşanan bütün olaylar göstərir ki, məhz bu hadisədə maraqlı olan tərəflər olub.
Trampın daha əvvəl "Green Card”ı ləğv etməsi, miqrant axınının qarşısını almağa çalışması ictimaiyyətdə kifayət qədər dəstək qazanmırdı. Lakin terror aktından sonra bu tipli fikirlər səsləndirməsi böyük qisim tərəfindən alqışlandı”.
Ekspertə görə, terror hadisəsinin arxasında kimlərin olduğunu dəqiq araşdırmaq lazımdır:
"Dünyada mövcud olan İŞİD mifi bütün güc mərkəzlərinə öz cinayətlərini həyata keçirməyə şərait yaradır. O baxımdan hesab edirəm ki, bu, terror hadisəsindən daha çox siyasi məsələyə bənzəyir. Məhz əsas hədəf "Green Card”ın ləğvi və müsəlmanların ABŞ-a girişinə qadağa qoymaqdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət