Tramp Hindistanın baş nazirini qəbul edəcək




Bu gün ABŞ-ın yeni prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modini qəbul edəcək. 

Sherg.az "Lefigaro.fr"ə istinadən bildirir ki, bu, onların ilk üzbə-üz görüşləri olacaq. 

Qeyd edək ki, baş nazir D.Trampla görüşünün yüksək səviyyədə keçəcəyinə ümidvar olduğunu bildirib. D.Tramp isə N.Modi ilə görüşü səbirsizliklə gözlədiyini dilə gətirərək onlar arasında müzakirə olunmalı çoxsaylı məsələlərin olduğunu diqqətə çatdırıb.

Ayyət Əhməd