Tramp Putinə təşəkkür etdi :"Büdcəmizə qənaət edir" - İRONİYA




ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə amerikalı diplomatları geri göndərmək istəyinə görə, təşəkkür edib. 

"Sherg.az" "Lemonde.fr"ə istinadən xəbər verir ki, ABŞ lideri ironik olaraq bəyan edib ki, Rusiya öz ölkəsində amerikalı diplomatların sayını azaltmaqla ABŞ büdcəsindən xərclənən böyük miqdarda vəsaitə qənaət etmiş olacaq:

 "Rusiyalı həmkarıma minnətdarlığımı bildirirəm. Ona görə ki, bu məslələrlə bağlı büdcə xərclərimizi azaltmağa çalışırdıq. Çünki moskvadakı böyük tərkibli heyəti saxlamaq üçün vəsaitimiz çatmırdı - deyə ölkə başçısı ironiya edib. 

Həmçinin milyarder prezident qeyd edib ki, V.Putinin amerikalı diplomatları geri göndərməsi üçün tutarlı bir səbəb yoxdur". 

Qeyd edək ki,  ABŞ- la Rusiya arasındakı diplomatik gərginliyin şiddətləndiyi bir dönəmdə, iyul ayının sonunda Moskva  öz ərazisindəki amerikalı diplomatların və texniki heyyətin sayını azaldacağını bəyan edib.

Tərcümə etdi: Ayyət ƏHMƏD