Tramp və Boris Conson arasında telefon danışığı olub



ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş Naziri Boris Conson arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər beynəlxalq təhlükəsizlik, iki ölkə arasında ticarət məsələlərini müzakirə ediblər. 

Ağ Evdən verilən məlumata görə, avqustun 24-26-da Fransada keçiriləcək G7 sammitində D. Tramp Böyük Britaniyanın Baş Naziri ilə görüşəcək.