Trampdan açıqlama: "Zatən məşhurları istəmirəm, xalqı istəyirəm"





ABŞ prezidenti vəzifəsini təhvil almağa hazırlaşan Donald Tramp "Fox News" televiziyasına müsahibəsində, cümə günü baş tutacaq andiçmə mərasimi ilə bağlı şərh verib.

Mərasimə bütün ailəsinin qatılacağını ifadə edən Tramp, ilk iş günündə bir sıra qərarlar vermək istədiyini ifadə edib.

Andiçmə mərasimində prezidentlik vəzifəsini təhvil verəcək Barak Obama və Mişel Obama da daxil olmaqla hər kəsə təşəkkür edəcəyini söyləyən Tramp, məşhurların mərasimdə iştirak etmək istəmədiyi sualına isə "Mərasimdə iştirak etməyəcəklərini açıqlayan məşhurların bir çoxu zatən dəvət edilmədi ki... Məşhurları istəmirəm, xalqı istəyirəm." deyib.