Trampdan ŞOK ADDIM: elə bir adamı işdən qovdu ki... - SƏBƏBİ AÇIQLADI





"Reks Tillersonla İran məsələsində razılığa gələ bilmədik".
APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun vəzifədən uzaqlaşdırılmasına dair qərarından sonra ilk açıqlamasında deyib.

O bu qərarı təkbaşına verdiyi bildirib: "Tillersonla fikirlərimiz eyni deyildi. Uzun müddətdir, bu barədə düşünürdük. Pompeo ilə fikirlərimiz isə eynidir və ona tam güvənirəm”.

**

16:54


ABŞ dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilir.

APA-nın xəbərinə görə, bu barədə prezident Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

D. Tramp R. Tillersonu vəzifədən uzaqlaşdıracağını və yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin edəcəyini bildirib.