Sanksiyaların yenidən işə düşməsini "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Trampın əsas hədəfi İrandır. Onun sözlərinə görə, Amerikanın Çin, Avropa Birliyi və Türkiyə ilə yaşanan gərginliyinin əsasında İran məsələsi dayanır:
Trampın əsas məqsədi İranın dünyayla əlaqələrini kəsməkdir
09:17 08.08.2018
Arxiv
714
“Əgər Avropa hökumətləri sanksiyalara tabe olmaq istəsə belə biznes aləmi onları tabe olmaqdan çəkindirəcək”
Sanksiyaların yenidən işə düşməsini "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Trampın əsas hədəfi İrandır. Onun sözlərinə görə, Amerikanın Çin, Avropa Birliyi və Türkiyə ilə yaşanan gərginliyinin əsasında İran məsələsi dayanır:
ABŞ Prezidenti Donald Tramp İrana qarşı ləğv olunmuş sanksiyaların bərpa edilməsinə dair fərman imzalayıb. Ağ Ev rəhbərinin təsdiqlədiyi sanksiya sənədi Avropa ölkələrinin lideri tərəfindən etirazla qarşılanıb. Fransa və Almaniya rəhbərləri Trampın yersiz qərarını anlaşılmaz hesab ediblər. İran Prezidenti Həsən Ruhani də Donald Trampın qərarını kəskin tənqid edib. Ruhani bundan sonra Trampla danışıqların heç bir məna daşımadığını söyləyib: "İrana qarşı sanksiyaların bərpasından sonra ABŞ prezidenti ilə təmas qurmağın əhəmiyyəti yoxdur”.
Xatırladaq ki, son 3-4 gündür İranda kütləvi etirazlar baş verir. Bir sıra analitiklərə görə, Ağ Ev başçısının sanksiyaları məhz indi, İranda daxili qarışıqlıq hökm sürdüyü vaxtda bərpa etməsi heç də təsadüfi deyil.
Sanksiyaların yenidən işə düşməsini "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Trampın əsas hədəfi İrandır. Onun sözlərinə görə, Amerikanın Çin, Avropa Birliyi və Türkiyə ilə yaşanan gərginliyinin əsasında İran məsələsi dayanır: "ABŞ-ın əsas məqsədi İranla dünyanın bütün əlaqələrini kəsmək, bank əməliyyatlarını blok etmək, neft-qaz satışına qadağa qoymaqdır. Trampın məqsədi bu addımlarla İranda ciddi böhran yaratmaq, daxildə etirazlar dalğasını artırmaq, nəticə olaraq da rejimin dəyişməsinə nail olmaqdır. Unutmayaq ki, sanksiya həm də ikitərəfli silahdır. Çin isə ABŞ-a tabe deyil, öz xəttini yürüdür, ekspansiyası dünyada güclənir. Bəli, ABŞ güclü dövlətdir, amma dünyanın ağası deyil. Avropa bu sanksiyalara qoşulsa belə, bu onun özü üçün problem yaradacaq. Avropa şirkətləri İrandan böyük qazanc götürmək niyyətindədir. Əgər Avropa hökumətləri sanksiyalara tabe olmaq istəsə belə biznes aləmi onları tabe olmaqdan çəkindirəcək. Bu halda Avropa hökumətləri də seçim qarşısında qalacaq. Ya öz biznesləri ilə qarşıdurmada olub gələcək seçkiləri uduzacaqlar, ya da Trampın əmrinə tabe olmayıb ABŞ-la münasibətləri pisləşdirəcəklər.
Amerika ilə münasibətləri pisləşdirmək onlar üçün ölümcül deyil. Çünki Vaşinqtonun əvvəlki gücü yoxdur ki, Avropaya əmr etsin. İndi zəmanə dəyişib və Avropa xeyli güclənib. Tramp İsrailin istəklərini yerinə yetirir. İrana qarşı sanksiya da bunun tərkib hissəsidir”.
Ekspertin fikrincə, İran üçün əsas məsələ sanksiyalar dalğasına dözmək və daxildə sabitliyi saxlamaqdır:
"İran hökumətinin böyük problemləri var. Çünki rial qiymətdən düşür, inflyasiya güclənir. Bunun qarşısını almaq üçün tədbirlər görülməlidir. Bu tədbirlər də hamıya aydındır. Daxildə iqtisadi sabitliyi yaratmaq vacibdir. Əks halda İranda problemlərin qabarma ehtimalı var. İranda həmişə narazılar olub. Müəyyən bir kəsim var ki, islami quruluşdan narazıdır. Amma onlar bu quruluşdan razı olanlarla müqayisədə xeyli azdır.
Razı olanların da səfərbər edilməsi mexanizmi var. Bir də görürsən ki, tələbələr, Avropa meyilli insanlar 100 minlik mitinq keçirir. Bu, nəhəng miqyasda mitinq hesab olunur. Amma səhəri gün azı bir milyon insan meydana çıxaraq hökuməti dəstəkləyir. İslami rejimin İran cəmiyyətində dayaqları geniş və möhkəmdir. İqtisadi siyasətləri isə o qədər də səmərəli deyil, müəyyən gərginliklər müşahidə olunur. Nəzərə almaq lazımdır ki, 1979-cu ildən bu yana, təxminən 40 il İran dünyanın super gücü olan ABŞ-a müqavimət göstərib.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm