Trampın qənimi hazırlaşır: Co Bayden prezidentliyə namizəd olacaq





 ABŞ prezidenti Barak Obamanın keçmiş köməkçisi Co Baydenin 2020-cil seçkiləri üçün yarışa girməyə qərar verdiyi və cümə axşamı günü namizədliyini açıqlayacağı iddia edilib.

Amerikan mediası Baydenə yaxın qaynaqlara istinadən xəbər verir ki,  keçmiş köməkçi prezident seçkilərinə qatılmaq üçün bütün hazırlıqlarını tamamlayıb.

Uzun müddətdir seçki qərarı maraqla gözlənilən 76 yaşlı Baydenin cümə axşamı günü video yayımla Demokrat Partiyasından prezidentliyə namizədi olduğunu açıqlayacağı bildirilir. Xəbərlərdə o da qeyd edilir ki, Baydenin ABŞ  prezidenti Donald Trampı məğlub edə biləcək və partiyanı bir araya gətirə biləcək tək demokrat namizədin olduğu " qeyd edilir.

Turan