Trampın susqunluğu Ağ Evlə Konqres arasında münaqişəni alovlandırıb - “The New York Times”






"ABŞ prezidenti Donald Trampın Putinlə danışıqların detallarını açıqlamaması, habelə FTB-nin onun Kremllə əlaqələrilə bağlı yeni araşdırmaya başlaması barədə gedən məlumatlar Ağ Ev və Konqres arasında parçalanmanı daha da dərinləşdirib”.

Musavat.com xəbər verir ki, "The New York Times” qəzetindəki məqalə bu cümlə ilə başlayır.

Yazıda Kaliforniya ştatından olan konqresmen, hazırda Nümayəndələr palatasının Kəşfiyyat üzrə komitəsinin sədri Adam Şiffin keçən həftənin bazar günü respublikaçı həmkarlarından onu həmin danışıqların stenoqramını əldə etməyə və ya heç olmasa orada iştirak edən tərcüməçinin komitənin iclasına gətirməkdə kömək göstərməyə çağırdığı qeyd olunur.

"Tramp dəfələrlə Putinlə apardığı danışqların məzmununu açıqlamaqdan yayınır. Bu isə digər dövlət məmurlarına iki lider arasındakı müansibətlərin dinamikasını izləməyə imkan vermir”,-deyə məqalədə vurğulanıb.

"Tramp keçən il "G20”-yə daxil olan ölkələrin Hamburqda keçirilən zirvə toplantısının gedişində Vladimir Putinlə apardığı danışqlardan sonra tərcüməçinin yanına gələrək bütün səs yazışmasını əlindən alıb. Üstəlik ona görüşlə bağlı susmasını əmr edib.Buna görə də həmin vaxt dövlət departamenti mətbuata kiçik məlumat verməklə kifayətlənməli olub. Bu səbəbdən həm Senat, həm də Nümayəndələr palatası indinin özündə də tərcüməçilərin dinləmələrdə iştirak etməsinə cəhd edir”,- deyə yazıda maraqlı məlumat verilib.

"İki prezidentin danışıqları barədə əllərində heç bir ətraflı informasiya olmayan yüksək rütbəli məmurlar yalnız rusların görüşü barədə bir-birlərinə söylədiklərini öyrənən kəfşiyyatın məlumatlarına arxalanmalı olublar. Trampıın Rusiya prezidenti ilə söhbətini gizli saxlaması isə ona yönəlik sualları və qayğıları daha da artırıb”,-deyə məqalədə bildirilir.