Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi istefa verdib?
16:40 29.09.2019
Arxiv
530
ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi cümə günü istefa verib. Bu barədə ABŞ-ın məsələ ilə yaxından tanış olan media orqanları xəbər verib.
Xəbərlərdə bildirilib ki, Kört Volker cümə günü dövlət katibi Mayk Pompeo ilə görüşdən sonra istefa verib. Dövlət Departamenti məsələ ilə bağlı şərh verməyib.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Tramp üzərində impiçment araşdırmasına gətirib çıxaran şikayətdə Volkerin adı çəkilib. Şikayətdə deyilib ki, Volken Trampın şəxsi vəkili Cudi Culiani ilə Ukrayna rəsmiləri arasında görüşlərin təşkilinə yardım edib.
Şikayətçi Şikayətdə Trampın iyulun 25-də Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı keçmiş vitse-prezident Co Baydenin 2020-ci ildə keçiriləcək seçkidə Demokratlar partiyasından namizədliyi qazanaraq Trampın rəqibi olmasının qarşısını alacaq və ona xələl gətirəcək Bayden və oğlu barədə məlumat toplamasını istədiyini iddia edir.
ABŞ Nümayəndələr Palatasının Demokratları Pompeonu Ukrayna ilə əlaqəli olan sənədləri təqdim etməyə çağırıb və həmçinin gələn iki həftə ərzində Dövlət Departamentinin beş rəsmisini ifadə verməyə dəvət edib.
Nümayəndələr Palatasının Xarici İşlər, Kəşfiyyat və Nəzarət komitələrinin yaydığı bəyanata əsasən, komitələr "Trampın Ukraynanı 2020-ci il seçkisinə müdaxilə etməyə çağırmaqla və Konqresin Rusiyanın təcavüzünün qarşısını almağa kömək etmək üçün ayırdığı təhlükəsizlik yardımını verməməklə milli təhlükəsizliyi nə dərəcədə təhlükə altına saldığını" araşdırdığını bildirib.
Tramp yanlış hərəkət etdiyini inkar edir.
Bundan əlavə Tramp cümə günü Konqresdə ifadəsi zamanı onu yanlış təmsil etdiyini dediyi qanunvericinin istefasına çağırıb.
Tramp deyib ki, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə sədrlik edən kaliforniyalı demokrat Adam Şiff kəşfiyyat əməkdaşının şikayətinin Konqresə təqdim edilməsinin ləngiməsi ilə bağlı ifadə zamanı onu yanlış təsvir edib.
"Sanki o, telefon danışığının dəqiq stenoqramını oxuyurdu, amma danışığı pis göstərmək və məni günahkar kimi təqdim etmək üçün sözləri dəyişmişdi", Tramp Twitterdə yazıb.
Adam Şiff Konqresə yaıan danışıb və Amerika xalqını aldatmağa cəhd edub. Mən onu dərhal istefa verməyə çağırıram!" o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region
Lamin Yamal Mbappenin rekordunu qırdı
01:21 04.11.2026
Futbol
Yunus Əmrənin yeni əlyazması tapıldı
00:38 04.11.2026
Ədəbiyyat
Neft ucuzlaşdı
00:20 04.11.2026
İqtisadiyyat
Xırdalanda 12 yaşlı uşaq itkin düşüb
23:59 03.11.2026
Hadisə
Bakıda həyət evləri də bahalaşdı
23:30 03.11.2026
İqtisadiyyat
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:13 03.11.2026
Region
Lukaşenko Trampı BMT-nin baş katibi vəzifəsinə təklif etdi
22:54 03.11.2026
Gündəm
Zelenskinin sabiq mətbuat katibi dövlətə xəyanətdə ittiham olunur
22:33 03.11.2026
Dünya
İran ABŞ-ın təklifini qəbul etmədi: “Bizi razı sala bilmədilər”
22:15 03.11.2026
Gündəm
Gəncə sakini yaşlı xalasını öldürməkdə şübhəli bilinir
21:59 03.11.2026
Hadisə
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət